Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Avropaya inteqrasiya bizləri Rus hökmüranlığından qisməndə olsa azad edəcək.”

 

“Demokratik İnteqrasiya Assosiasiyası” İB sədr müavini Rəşad Ələkbərov2 2

Rəşad bəy sizcə beynəlxalq yarişların Azərbaycanda keçirilməsinin hansi müsbət və mənfir tərəfləri var?
İndiki zamanda Azərbaycanın dünya çapında tanıdılması büdcənin hesabına aparılması qeyri ciddi addımlardır. Belə ki, Heç kimə lazım olmayan Avropa oyunları, elitar F1 yarışması bizim üçün lazım deyil. Hələ-hələ bu kimi oyunların təşkili zamanı oyun iştirakçılarının bizim hesabımıza maliyələşməsi ,dünya çapında ölkəmizi gülünc hala salmışdır. Milyard dollarlar hesabına salınan keyfiyyətsiz infrastukturun ömrü bir sezonluq olur.Dövlət büdcəsinin talanması yol verilməzdir. Bunun hesabını enində-sonda vermək lazım olacaq.    Bu saydığım oyunlara qoyulan investisiya insanlarımıza qoyulması , gənclərimizi Harvord, Kembric, Oksford kimi universitetlərdə təhsili qarşılanmalı və gələcəyimizin təminatı olmalidır.  

  Azərbaycandakı mövcud sosial-iqtisadii vəziyeti necə qiymətləndirisiniz, əvvəlki illərdən bu nə ilə fərqlənir?
Azərbaycanda mövcud olan sosial vəziyyət kritik idi. Belə ki, cəmiyyətimizdə sosial təbəqələşmələr arasındaki fərq çox böyük idi . Son devalivasiyadan sonra varlılar dahada varlandı, əhalinin az təminatlı təbəqəsi isə demək olar ki çöküşdədir. Gec-tez əhali boğaza yığılacaq. Onsuzda cəmiyyət bu kritik vəziyyətdən çıxış yolunun pis halda  ya intiharda , yaxşı halında isə ailələr dağılır və ya tərk edilir. Bucür davam edə bilməz. Sosial təbəqələşmənin önü bir an öncə alınmalı ,orta sahibkarlığa dəstək proqramları işlənib hazırlanmalıdır.Orta sahibkarlığı olmayan ölkələrin iqtisadiyyatı məhvə məhkumdur. Buna bariz nümunə Rusiya və Venesuella kimi neft hesabına formalaşaraq varlanan və ilk krizisdə ölkələrin ağır iqtisadi tənəzzüllə üzləşməsini göstərə bilərik. Azərbaycan kimi kiçik amma stratejik baxımdan çox əlverişli coğrafiyada yerləşən ikinci dövlətlər demək olar ki , yox səviyyəsindədir. Bizim yeganə mövcudluğumuzu bəyan etmək yolumuz orta sahibkarlığı ən üst səviyyədə dəstəkləmək olardı. Belə ki, vətəndaşlarımızın hüquq və azadlıqlarının , əmlak toxunulmamazlığının təmin edilməsi ölkəmizə olan etibari yüksəldər və xaricdə yaşayan soydaşlarımızın vətənə investisiya axınını sürətləndərər.Bu baxımdan mövcuq iqtidar islahatlardan qorxmamalı, monopoliyanı dövlət səviyyəsində dəstəkləməməli, şəffaf iqtisadi dirçəkiş proqramı işləyib hazırlamalıdır. Əgər bacarmırsa yerini bacaranlara təhvil verməlidir.

 Avropaya inteqrasiya Azərbaycan nə verə bilər?

Avropadan götürəcəyimiz çox faydalı sahələr var. İlk öncə qanunun aliliyi, məhkəmələrin sərbəstliyi, söz azadləğı, insanların sərbəst toplaşma azadlığı və s. Mövcud komunist təfəkkürlü insanlarla bu islahatların gerçəkləşdirilməsi qeyri mümkündür. Bütün sahələrdə işlər ağ vərəqdən başlanmalı, gənclər bu işlərə sövq olunmalıdır.   Avropaya inteqrasiya bizləri Rus hökmüranlığından qisməndə olsa azad edəcək, bazar iqtisadiyyatı avropaya inteqrasiya edəcəkdir. Bu sadaladıqlarım bir-iki ilin işi deyil. Bunların ger.əkləşdirilməsi üçün illər lazım olacaq ,amma gələcək nəsillər bunlardan faydalana biləcəklər..

Avropa 510 milyonluq iqtisadi bazardır. Bu bazarda bizlərin ancaq “SOCAR”ın xam mal neftı və qazı ilə təmsil olunması gülüncdür. Azərbaycan Avropaya ekoloji təmiz kənd təsərüfat malları təklif edə bilər. İlk öncə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. İqtisadiyyatımızda islahatlara getməli və şəffaflığı təmin etməliyik. O zaman Qərb investisyaları üçün bizim iqtisadiyyat daha cəlbedici görünəcək.  

   Media-fakt.info 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir