Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

Ramil Quliyev Avropa rekordunu qazanmağa hazırlaşır

Yüngül atletika üzrə dünya çempionu, sprinter Ramil Quliyev 200 metrlik məsafəyə qaçışda rekord qazanmağı özünün əsas məqsədi sayır.

27 yaşlı azərbaycanlı idmançı 2017-ci ildə yüngül atletika üzrə Dünya Çempionatında 200 metrlik qaçışda qalib olaraq Türkiyəyə sprint üzrə ilk qızıl medalı qazandırıb.

Hazırda R.Quliyev Belekdə məşqlərini davam etdirir və 2018-ci il Avropa və Aralıq dənizi oyunlarında çıxışlara hazırlaşır. R.Quliyev “Anadolu” agentliyinə bildirib ki, Azərbaycanda idman imkanlarının olmaması səbəbindən Türkiyəyə köçməyə qərar verib.

“Məşqlər üçün yer tapmaq lazım idi. O zaman Azərbaycanda bunu etmək çox çətin idi. İdmançılar xaricə gedə bilmirdilər. Mən Türkiyəyə getməyə qərar verdim, çünki bu ölkə Azərbaycana ən yaxındır. Digər ölkələrdən təkliflər var idi, amma mən Türkiyəni seçdim”, – idmançı bildirib.

“Mən Londonda yüngül atletika üzrə dünya Çempinatında qələbəyə doğru gedirdim”, – R.Quliyev bildirib. “Bu, mənim iştirak etdiyim üçüncü Dünya Çempionatı idi. Mən final qaçışlarda iştirak etdim, ancaq ilk yerləri tutmadım. Hazırda mənim məqsədim 200 metr məsafədə Avropa, sonra dünya rekordunu qazanmaqdır”, – o vurğulayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir