
Data Jurnalistikası artıq yeni bir konsepsiya deyil. Yaradılan kütləvi informasiya vasitələrinin əksər hallarda xüsusi data qrupu olur və professional jurnalistlər gündəlik hekayələrini auditoriyaya daha yaxşı çatdırmaq üçün datadan istifadə edirlər. Azərbaycanın kütləvi informasiya vasitələrinin işçiləri arasında data savadlılığının təşviq edilməsi məqsədilə Data Jurnalistika Kursu bu kimi mövzuları əhatə edəcək: xəbərdəki datanın rolu, data jurnalistləri üçün zəruri olan bacarıqlar, müvafiq məlumatın tapılması, cəlbedici hekayələrin müəyyənləşdirilməsində data analizinə yanaşmalar, datanın dəqiq və aydın təqdimatı.
Beynəlxalq və yerli mütəxəssislər tərəfindən hazırlanan kurs, ən yaxşı beynəlxalq təcrübənin ümumi nəzəriyyəsini təqdim edəcək və iştirakçıların öz sahələrində datadan müvəffəqiyyətlə istifadə etmək üçün praktik bacarıqlara yiyələnməsini təmin edəcəkdir.