Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azərbaycanlı deputat Rusiyada 1,5 milyarda sanatoriya tikdirib

Rusiyanın kurort şəhəri olan Yesentukidə Azərbaycanın sərmayəsi hesabına tikdirilən yeni sanatoriya istifadəyə verilib. “İstoçnik” adlı sanatoriyanın tikintisinə 1,5 milyard rubl xərcləndiyi bildirilir.
Moderator.az Fineko/abc.az-a istinadən xəbər verir ki, sanatoriyanın açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov və digər rəsmi şəxslər iştirak ediblər.
Layihəyə sərmayə qoyan investorların arasında “Karat Holdinq”in adı çəkilir. Eyni vaxtda 400 nəfərin müalicə ala biləcəyi bu sanatoriya “Holiday Inn.” şirkətinin layihəsi əsasında tikilib.
“Karat” MMC deputat Əsabil Qasımov tərəfindən yaradılıb  və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti vəzifəsini daşıyıb. “Karat MMC” 2008-ci ildən Mənzil Tikinti Kooperativi kimi də qeydə alınıb. 2006-cı ildən isə “Karat MMC”-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra, onun oğlu Taleh Qasımov və yaxın qohumları Umud Umudov və Qərib Əmiraslanov həyata keçirsə də, faktiki rəhbərliyi və nəzarəti yenə də Milli Məclisin deputatı Əsabil Qasımov həyata keçirir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir