Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ərdoğan Putinə ”üzgünəm” yazdı

Receb Tayyib Ərdoğan

Receb Tayyib Ərdoğan.

Ancaq prezident rus qırıcı təyyarəsinin vurulmasının məqsədli olmadığını yazıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinə məktub yazaraq Su-24 qırıcısının vurulmasına görə “üzgün” olduğunu bildirib.

Məlumatı Reyters agentliyi Kremlə istinadən yayıb.

Məktubda Ərdoğan “Rusiya-Türkiyə münasibətlərinin əvvəlki halına gəlməsi üçün mümkün olan hər şeyi edəcək” deyə yazıb.

Kremlin açıqlamasında bildirilib ki, Ərdoğan başsağlığını ifadə edərək “üzgünəm” deyib. Ancaq prezident rus qırıcı təyyarəsinin vurulmasının məqsədli olmadığını yazıb.

Ərdoğan rus təyyarəçisinin ailəsinin ağrılarını ürəkdən hiss etdiyini qeyd edib. Eyni zamanda, rus pilotu öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı haqqında araşdırma başladığını bildirib.

Kremlin açıqlamasına görə, Ərdoğan “bölgədəki böhran və terrorla mücadilə məsələsində Türkiyənin Rusiyayla birgə hərəkər etməsində hazır olduğunu bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir