
21-ci dəqiqədə portuqaliyalı hakim Manuel de Souzanın uydurduğu penalti zərbəsindən sonra Azar hesabı açıb. Bu azmış kimi, həmin epizodda Rəşad Sadıxova qırmızı vərəqə göstərilib.
Bundan sonra “Çelsi” daha bir dəfə fərqlənə bilib – 37-ci dəqiqədə Villian ikinci topu vurub.
Oyunun 71-ci dəqiqəsində hakim “Qarabağ”ın qapısına daha bir əsassız 11-metrlik cərimə zərbəsi təyin edib. Fabreqas hesabı 3:0-a çatdırıb.
85-ci dəqiqədə yenidən Villian fərqlənib və son nəticəni müəyyən edib – 4:0.