Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

​“Qarabağ” azarkeşlərindən rekord – 68 500 bilet…

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq.
Media-fakt.info xəbər verir ki, qarşılaşma 22 noyabr saat 21:00-da “Bakı Olimpiya Stadionu”nda keçiriləcək.
Klubun mətbuatla əlaqələr şöbəsindən aldığımız rəsmi məlumata görə, azarkeşlər üçün ayrılmış 68 500 biletdən artıq 64 500-ü satılıb. Satılmayan biletlərin çoxu isə rəqib komanda üçün ayrılmış yerlərə aiddir.
Klubun daha öncə də verdiyi məlumata görə, Çempionlar Liqası çərçivəsində “Qarabağ”ın keçirəcəyi son ev oyununda tribunada 3D xoreoqrafiya şousu hazırlanacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir