Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Oqtay Gülalıyev sərbəst buraxılıb

oqtay gulaliyev-yeni

Oqtay Gülalıyev bu gün günün ikinci yarısı Xətai rayon ərazisində fəaliyyət göstərən 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında saxlanılaraq 37-ci polis bölməsinə aparılmışdı.

***“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev xarici pasport almaq üçün “ASAN” xidmətinə müraciət etdikdən sonra iyunun 23-də günün ikinci yarısında 37-ci polis bölməsinə aparılıb.

ASAN-da Gülalıyevə bildiriblər ki, onun barəsində Sabirabad rayon polisi tərəfindən axtarış elan olunub və bu barədə yerli polisə məlumat verilib.

Gülalıyev barəsində axtarış 2012-ci il aprelin 8-də onun həbsindən sonra hakimiyyət orqanlarına tabe olmamağa və kütləvi iğtişaşlara təhrik etmə ittihamı (AR CM-in 220.2-ci maddəsi) üzrə açılmış işlə bağlı elan edilib. İş Sabirabad rayon icra hakimiyyətinin və paytaxtda korrupsiyaya uğramış yüksək vəzifəli məmurların təşəbbüsü ilə bu rayonun polisində saxtalaşdırılıb.

Amma Prezident Administrasiyasının müdaxiləsindən sonra o, elə həmin il iyunun 13-də Sabirabad rayon məhkəməsinin qərarı ilə azad edilib.

Həbs edildiyi zaman Gülalıyev Kürətrafı 8 rayonun daşqından ziyan çəkmiş sakinlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru idi.

Qərargah Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında daşqının nəticələrinin aradan qaldırılması zamanı mənimsəmə və məmurların yüz milyonlarla dollardan sui-istifadəsi faktlarını aşkar edib. Buna görə qrargah üzvləri təqib olunub, bir sıra şəxslər həbs olunub və sonradan azad edilib.

Amma qərargahın korrupsiya, sui-istifadə və daşqının süni xarakterli olması ilə bağlı yüksək dövlət instansiyalarına bütün rəsmi müraciətləri lazımi qaydada araşdırılmayıb və nəticə çıxarılmayıb, Gülalıyevin işi isə qanunazidd olaraq indiyədək bağlanmayıb. 2012-ci il iyunun 13-də məhkəmədə Gülalıyevə böhtan atanlar ona qarşı yalançı şahidlik etdiklərini etiraf ediblər.

2012-2016-cı illər ərzində müxtəlif vaxtlarda Gülalıyevin oğulları soyuq silahdan istifadə ilə fiziki zorakılığa, habelə polis təzyiqinə məruz qalıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir