
“Kanal 13″də mühasib işləmiş Kübra Məmmədova ifadəsində bildirib ki, televiziya və Qafqaz Media Mərkəzi ilə əməkdaşlıq edib. O, vergidən yayınmadığını və vergidən yayınma hallarına rast gəlmədiyini bildirib.
“Mən 2009-cu ildən işləmişəm və vergidən yayınma halı ilə rastlaşmamışam. Layihələrdən asılı olaraq 100-150 manat maaş almışam”, – o qeyd edib.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov da layihələrdə iştirak etdiyini bildirib.
Məhkəmə iclası noyabrın 3-dək təxirə salınıb.
Əziz Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. İyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucovun barəsində cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində həbs qətimkan tədbiri seçilib.