Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

XİN: Azərbaycan İraqın Kürdüstan regional vilayətində keçirilmiş referendumun nəticələrini tanımır

İraq Kürdüstanının müstəqilliyi ilə bağlı referendumun keçirilməsindən dörd gün sonra Azərbaycan XİN bu məsələyə münasibətini bildirib.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev KİV nümayəndələrini sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir.

Azərbaycan İraqın mərkəzi hakimiyyəti və Kürdüstan regional vilayəti arasında məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdardır.

İraqın Kürdüstan regional vilayətində referendumu İraq özü, Türkiyə və İran dərhal və qəti şəkildə pisləyərək müstəqil Kürdüstan dövlətinin yaradılmasına imkan verməyəcəklərini bəyan ediblər. ABŞ, Avropa İttifaqı, Rusiya və dünya birliyinin digər üzvləri referendumu tanımadıqlarını bəyan ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir