Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Müsavat AKM Almaniyada mitinqlər keçirir

Sentyabrın 22-də Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) Almaniyanın 3 şəhərində mitinq keçirir.

Müsavat AKM-in mətbuat xidmətinin məlumatlnaa görə, hazırda Rheinlan Pfalz və Hessen koordinatorlugu Mainz şəhərində, AKM-NRV Koordinatorlugu Münster şəhərində, Müsavat AKM-nin Bayern Koordinatorlugu Ansbach şəhər mərkəzində yerləşən Xristian-Demokratik İttifaqı Partiyasının qərargahları qarşısında mitinqlər keçirilir.
Mətbuat xidməti bildirir ki, aksiyalar bir neçə almaniyalı deputatın pul müqabilində Azərbaycandakı rejimə dəstək verməsinə etiraz məqsədi ilə keçirlir.
Azərbaycanın avropalı siyasətçilərə rüşvət verməsi haqda məlumatlar Almaniyada keçirilən seçkilərin də əsas mövzularından birinə çevrilib. “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmada Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqinin də Azərbaycandakı rejimdən pul aldığı iddia olunur. Bu barədə “The Guardian” qəzeti “Süddeutsche Zeitung”a istinadla yazır. Merkelin Xristian-Demokratik İttifaqı Partiyasının üzvü olan Karin Strenzə 7 min və 15 min dollar (6 min və 13 min funt sterlinq) pul verildiyi bildirilir. Bu pulun Almaniya parlamentinin keçmiş üzvü, Azərbaycan üçün lobbiçilik edən Eduard Lintnerin yaratdığı firma vasitəsiylə köçürüldüyü iddia olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir