Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Yanan bina ilə MTN işi arasında əlaqə təsdiqlənir

bina-yangin-19may2015Eldar Mahmudov hadisədən dərhal sonra hansı sənədləri ələ keçirib?

Hələ “MTN işi”nin ilk günlərində “Azadlıq” məlumat yaymışdı ki, bu məsələ ilə ötən ilin mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnmiş yanğın arasında əlaqə var.  Məlumatda deyilirdi ki, həmin ərəfədə keçmiş MTN şefi Eldar Mahmudovun qudası, hazırda həbsdə olan Cahangir Hacıyevlə bağlı müəyyən proseslər baş verirdi. Söhbət Beynəlxalq Bank ətrafında yaranmış “kredit qalmaqalı”ndan gedir. Cahangir Hacıyev də bu qalmaqalla əlaqədar həbs olunub.

Bildirilirdi ki, yanğın hadisəsinə görə həbs olunanlar, xüsusilə binaların üzlənməsini həyata keçirən “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov istintaqa kifayət qədər ilginc faktlar açıqlayıb. Məlumatda vurğulanırdı ki, onun məhkəmə prosesi zamanı verəcəyi açıqlamalarda yanan bina ilə “MTN işi” arasındakı əlaqəyə də aydınlıq gətirəcək məqamlar ola bilər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir