
Qərara əsasən, Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Eyni zamanda, ona 3 il sınaq müddəti təyin olunub.
Faiq Əmirli həbsdən buraxılsa da, qərar onu və vəkilləri qane etmir. Onlar bəraət istəyir, bu səbəbdən Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.