
İlk verilişin qonağı Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev olub. Verilişdə hazırda icra olunmaqda olan “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası, korrupsiya və rüşvətxorluğun qarşısının alınması, şəffaflığın təminində elektron xidmətlərin rolu müzakirə olunub.
https://www.youtube.com/watch?v=9sXAucIuUWU&feature=youtu.be
İkinci verilişdə isə ekspert Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisi Ruhəngiz Mehmanqızı olub. Verilişdə “Elektron hökumət” portalına çıxış imkanlarının asanlaşdırılması məqsədi ilə portalın mobil interfeysinin, mobil tətbiqinin və ödəniş imkanlarının təkmilləşdirilməsi, elektron imza, yeni istifadəyə verilən elektron xidmətlər müzakirə olunub.
https://www.youtube.com/watch?v=W2A594GCP-Q&feature=youtu.be
Elektron xidmətlərin əhəmiyyəti, onlardan istifadə ilə bağlı əhalinin məlumatlılığını artırmaq üçün hazırlanan 5 dəqiqəlik sosial çarxda elektron xidmətlərdən istifadənin vətəndaşlar üçün üstünlüyü təqdir edilir. Sosial çarxda respublikamızda ayrı-ayrı dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının «Elektron hökumət portalı» və öz internet səhifələri vasitəsi ilə əhaliyə göstərdikləri elektron xidmətlər və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verilir. Sosial çarxda elektron xidmətlərin insanlara verdiyi üstünlüklər: məmur-vətəndaş birbaşa təmaslarının aradan qaldırması, məmurların kabinetləri qarşısında saatlarla növbə gözləməmək, zamana qənaət etmək, da, bürokratik əngəllərdən xilas olmaq, daha rahat xidmət almaq praktiki olaraq təbliğ edilir. Sosial çarxda tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov çəkilib.
https://www.youtube.com/watch?v=nSjgt0Fjavw&feature=youtu.be