Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Fuad Qəhrəmanlının işində ittihamla tanışlıq başladı

fuad-qehremanli-enyeniAXCP sədrinin müavini Fuad Qəhrəmanlı və vəkilləri istintaq materialları ilə tanış olmağa başlayıb. Bu barədə “Azadıq” qəzetinə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

İş materialları Fuad Qəhrəmanlıya 1 saylı Bakı İstintaq Təcridxanasında təqdim olunacaq. Onun vəkilləri Fəxrəddin Mehdiyev, Yalçın İmanov və Nemət Kərimli isə sənədlərlə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin istintaq şöbəsində tanış olurlar.

Vəkil bildirib ki, iş materialları ilə tam tanış olduqdan sonra razılaşmadıqları məqamlarla bağlı vəsatət verəcəklər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir