
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.
Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.
Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.