
Bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, terror aktını törətməkdə əsas şübhəli sayılan Yunus Əbu Yaqub Barselona əyalətinin San-Sadurni-dAnoyya şəhərində tutulub.
Qeyd edək ki, avqustun 17-də avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər ölüb, 130 nəfər xəsarət alıb. Terror aktını törədən şəxs hadisə yerindən qaçmışdı.
İŞİD terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb./apa