Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sərnişinlərlə avtobus sürücüsü arasında dava: işə polis qarişdi

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında dava düşüb.
60 nömrəli avtobusda iki nəfər sərnişin sürücü ilə mübahisə edib. Hadisə Neftçilər metrosunun dayanacağında baş verib.
Belə ki, içi dolu avtobusun sərnişinlərindən biri ilə sürücü arasında mübahisə olub. Sərnişin qapının ağzında duraraq, digər sərnişinlərin aşağı düşməsinə imkan verməyib.
 Sərnişinlərin etirazından sonra o aşağı düşərək sürücü tərəfə gələrək onun aşağı düşməsini tələb edib. O, avtobusun şüşəsinə zərbə də vurub.
Nəticədə hadisə yerinə polis gələrək mübahisə edən iki sərnişindən birini tutub. Sürücüyə hücum edən şəxs isə qaçmağı bacarıb. (baku.ws)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir