
Vəkil Nemət Kərimlinin “Basta”ya verdiyi məlumata görə, həkim jurnalistə bildirib ki, onun ürəyində problem var. Bu səbəbdən məhbusun nəbzi normadan xeyli yüksəkdir.
“Əfqan Muxtarlıya yazılan resept, onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib. Amma 10 gündən artıq vaxt keçməsinə baxmayaraq, Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir”, – Nemət Kərimli deyib.
Vəkil bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini bildirib.(Bastainfo.com)