
Neftçala rayonunda 28 yaşlı balıqçı dənizdə boğulub.
Hadisə rayonun Yeniqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Həsənabad kənd sakini Təbriz Havasət oğlu Bağırov Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tutarkən suda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri onun meyitinin tapılması istiqamətində axtarışları davam etdirir./report