Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Metroda cibgirlik edən şəxs tutuldu – Foto

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı ŞBPİ-nin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Şəkildə gördüyünüz şəxsin əməllərindən zərərçəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir