Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Qarabağ torpağında “Son Nəfəsədək” deyildi – FOTOLAR

b_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_17-08_at_18.19.33_2.jpegHələ iyun ayında “Son nəfəsədək” adlı, Qarabağ müharibəsindən bəhs edən yeni tammetrajlı filmin istehsalata buraxılması ilə bağlı, sözügedən filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanovla geniş müsahibə təqdim etmişdik. Artıq iyul ayıdır və 10 gündən artıqdır ki, Qarabağ torpağında – Füzulidə filmin çəkilişləri davam edir. 

Və budur Atəş səsləri eşidilir… Yox, bu şanlı ordumuzun düşməni lərzəyəsalan hərbi təlimləri deyil, “Son nəfəsədək” filminin döyüş səhnələrinin çəkilişidir. Amma düşmən elə qorxu içindədir. Növbəti gərgin səhnənin çəkilişinə hazırlıq gedir. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanovla, quruluşçu rejissor Elnur Əliyev səhnənin çəkilişindən öncə məsləhət-məşvərət aparırlar. Mən də elə fürsətdən istifadə edib, onlara yaxınlaşıram
– Yorulmayasınız. Hazırda filmin hansı səhnələri çəkilir?

Ssenari müəllifi Nurəddin Aslanov dərhal cavab verir (hiss olunur ki, yüksək hərarətdə işləmək bütün yaradıcı qrup kimi onu da əldən salıb)

– Döyüş səhnələri. Erməni silahlılarının kənd sakinlərinin maşınını atəşə
tutması. Mən bu hadisələrin şahidi olduğum üçün çalışıram yaradıcı qrupu düzgün istiqamətləndirim.

– Nurəddin bəy, çəkilişlərdən razısınız?

– Şükür, yaxşı gedir. Bilirsiniz gərək işləmək insanın içindən gəlsin. O ki
qaldı Qarabağ mövzusu ola. Çalışıram ki, dəqiqliyə əməl edək. Sabah bu film Azərbaycanın vizit kartlarından olacaq. Səhv edə bilmərik.

Bu məqamda filmin quruluşçu rejissoru Enur Əliyev qoşulur:

– Gündə 16-17 saat dayanmadan çəkirik. Elə olub ki, səhərə qədər
işləmişik, bir də baxıb görmüşük ki, sutkanın tamamıdır.

Soruşuram:

– Kütlə işlə işləmək çətin deyil ki?

Suala Elnur Əliyev cavab verir:

– Yox, qətiyyən. Nəzərə almaq lazımdır ki, bizdə kifayət qədər peşəkar
aktyorlar çəkilir. Məsələn baş rolda, yəni Yavər rolunda əməkdar artist İlqar Cahangirov, əməkdar artist Elşən Rüstəmov, daha sonra İlqar Musayev, Rövşən Kərimduxt və başqaları.

b_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_WhatsApp_Image_2017-07-24_at_11.14.04.jpeg

– Aktyorlardan söz düşmüşkən, Nurəddin bəy, aktyor seçimində rejissorla
mübahisəniz olmadı ki?

– Fikir mübadiləsi apardıq. Qərarlar kollegial şəkildə verildi. Mən
ssenarimdəki insanların canlı şahidiyəm. Onların xarici görkəminə xüsusi diqqət edirdim. Elə indi də. Hətta qrimdə belə qrimçinin başı üzərində dayanıram. Elnur isə onların yaradıcı potensialını gözəl bildiyi üçün tandemimiz alınır.

Elnur Əliyev gülür və deyir:

– Yaradıcı mübahisə olmazsa, iş qabağa getməz. Amma sözün əsl
mənasında qərarları birgə qəbul etmişik.

– Çəkilişlər nə zaman bitər?

Elnur Əliyev cavab verir:

– Hələ buradayıq, paralel olaraq ilkin post-prodakşn işləri aparılır.
Nurəddin Aslanov:

– Biz tələsmirik. Filmin nümayişini payıza nəzərdə tutduğumuzdan hər
detalı yüz ölçüb, bir biçirik. Bizdən sonra bu film Azərbaycan xalqına, dövlətinə qalacaq. Dövlətimizin adına layiq iş görməliyik.

b_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_WhatsApp_Image_2017-07-24_at_11.14.18.jpeg

Elnur Əliyev:

– Bizim filmimiz tam fərqli olacaq!

Nurəddin Aslanov:

– Bol həqiqət və gerçək səhnələr. Xüsusilə döyüş səhnələri.
– Yeri gəlmişkən döyüş səhnələrinin çəkilişində dövlət qurumlarının
köməyi oldumu?

Nurəddin Aslanov cavab verir:

– Çox oldu. Xüsusilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dərin
təşəkkürümüzü bildirik. O cümlədən yerli qurumlarada minnətdarıq.
Bu zaman heyət üzvü yaxınlaşaraq, rejissordan söz soruşur. Rejissor isə “Hazır olun, indi başlayırıq” söyləyir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_WhatsApp_Image_2017-07-24_at_11.13.53.jpeg

– Uğurlar diləyir və səbirsizliklə yolunuzu Bakıda gözləyirik!

Beləcə yayın şıltaqlıqlarına güc gələrək, Qarabağ torpağında yeni sənət əsəri ərsəyə gətirən insanların ali məqsədlərini kənardan dayanıb seyr edirəm və növbəti reportajım üçün məqam axtarıram. Bu zaman səs eşidilir: “Kamera! Motor!”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir