
“BakuBus”-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.
Təxminən 16:50 radələrində uşağın nənəsi “BakuBus”a məxsus 1 nömrəli avtobusun metronun “28 May” stansiyası yaxınlığındakı dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.