
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis deyib.
“Əgər biz bunu bilsəydik, sizə deyərdik. Mən indi bunu təsdiqləyə və ya təkzib edə bilmərəm” – deyə ABŞ-ın müdafiə naziri bildirib. ABŞ rəsmisi vurğulayıb ki, Birləşmiş Ştatlar İŞİD liderinin öldürülməsi barədə sübutlar əldə etmədiyindən Əbu Bəkir əl-Bağdadinin sağ qaldığı güman edilir.
Qeyd edək ki, bundan əvvəl Suriyanın İnsan Hüquqları Rəsədxanası İŞİD rəhbərinin öldürüldüyünü bildirib.