Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Abituriyentlərin öldüyü qəzanın görüntüləri yayıldı –Video

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.

Hadisəyə səbəbin yüksək sürət olması bildirilir. Qəzaya düşən şəxslərin abituriyentlər olduğu və hazırlıq kursundan qayıtdıqları qeyd olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir