Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Güclü külək Lənkəranı işıqsız qoyub

Lənkəran rayonunda külək fəsadlar törədib.

“Report” xəbər verir ki, 10 dəqiqə ərzində əsən güclü külək ağacları aşırıb, evlərin dam örtüklərinə ziyan vurub.

Heydər Əliyev prospektində mağazalardan birinin dam örtüyü yerindən qoparaq yaxınlıqdakı evlərdən birinin üzərinə düşüb. Bundan əlavə, ağacların qırılması nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Hazırda rayonun bir çox ərazilərində enerji verilişi dayandırılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir