Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əfqan Muxtarlı Gürcüstan səfiri ilə görüşmək istəyir

Həbsdə olan jurnalist, vicdan məhbusu Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşmək istəyir.

Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

“Səfirin onu ziyarət etməsi ilə bağlı Əfqan Muxtarlının xahişini bu gün səfirliyə çatdırmişam. Əfqan Muxtarlı, onun Gürcüstanda oğurlanması ilə bağlı bəzi detallar barədə səfirlə söhbət etmək niyyətindədir”, – vəkil bildirib.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tiflisdə oğurlanaraq Azərbaycana gətirilib. O, AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi: 318.1 və 206.1 maddələri ilə (sərhəddi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb.

Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhəddi qeyri-qanuni keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələni siyasiləşdirmək düzgün deyil. Məhkəmə onun 3 ay müddətinə məhkəməyəqədər qaydasında həbsinə icazə verib.

Əfqan Muxtarlı Azərbaycanda təqibdən qaçaraq iki ildir ki, Gürcüstanda yaşayır. Son illər o, Azərbaycan hakimiyyətinə qarşı Tiflisdə keçirilən etiraz aksiyalarında fəal iştirak edib.

Əfqan Muxtarlının işi baxılması üçün Avropa Məhkəməsində qəbul edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir