Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Trampla Putinin görüşü başladı – Liderlərdən ilk açıqlama FOTO

Hamburqda G20 sammiti çərçivəsində prezidentlər Donald Trampla Vladimir Putinin görüşü keçirilir.

Bu, Donald Trampın prezident seçiləndən sonra Putinlə ilk görüşüdür. Buna qədər tərəflər ancaq telefonda təmas qurmuşdular.

Tramp Putinlə görüşünün onun üçün böyük şərəf olduğunu bildirib.
Buna cavab olaraq Putin “görüşümüzə çox şadam və ümid edirəm ki, müzakirələrimiz nəticəsiz qalmayacaq” deyib və əlavə edib ki, telefonla təmas heç vaxt kifayət etmir.

“The Guardian”ın məlumatına görə, görüşün əvvəlində jurnalistlərdən biri Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair sual səsləndirib. Lakin Tramp bu suala əhəmiyyət verməyib. Və Putinə üz tutaraq deyib: “Səbirsizliklə Rusiya-ABŞ münasibətlərində müsbət məqamlar gözləyirik”.

“Putin və mən artıq müxtəlif məsələləri müzakirə etməyə başlamışıq. Biz çox yaxşı danışıqlar aparmışıq”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, mətbuat günlərdir Trampın görüş zamanı Putinlə əl sıxışıb-sıxışmayacağını müzakirə edirdi. Liderlər hələ ikitərəfli görüşdən əvvəl sammitin kuluarlarında qarşılaşdılar və əl sıxışdılar. Bundan başqa, Trampın salamlaşarkən əlini Putinin çiyninə vurması da diqqətlərdən qaçmadı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir