Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Xarici KİV 2 yaşlı Zəhranın qətlinə niyə biganə qaldı – BƏYANAT

 

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Füzuli rayonunun Alxanlı kəndində erməni silahlıları tərəfindən mülki şəxslərin – Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.

İctimai Birlikdən saytımıza daxil olan bəyanatda bildirilir ki, erməni silahlı birləşmələrinin 4 İyul tarixində mülki şəxslərin yaşadığı Füzuli rayonunun Alxanlı kəndi ərazilərini iri çaplı silahlarla hədəfə alması əsl vandalizm aktıdır:

“Dinc və günahsız insanların öldürülməsi, kəndlərin atəşə məruz qoyulması sülh və danışıqlar prosesinin davam etdirilməsi üçün ciddi təhdiddir və davamlı sülhə təhlükədir. ATƏT-in monitorinq qrupunun qoşunların təmas xəttinə səfəri ərəfəsində baş verən insident nəticəsində biri azyaşlı uşaq olmaqla, 2 nəfər kənd sakininin öldürülməsi və bir neçəsinin yaralanması Ermənistan hakimiyyətinin beynəlxalq hüququn prinsiplərinə, qəbul edilmiş beynəlxalq normalara, bütün növ anlaşmalara və ümumiyyətlə insanlığa qarşı zorakı münasibətidir”.

İctimai Birlik hesab edir ki, beynəlxalq media ictimaiyyəti hadisə ilə bağlı yüksək həssaslıq nümayiş etdirməlidir: “Təəssüf ki, bir sıra hallarda beynəlxalq təşkilatlar, transmilli media qurumları eyni dərəcədə ağır, dözülməz cinayət faktlarına iki yanaşma sərgiləyir. Ürək ağrısı ilə qeyd etmək istəyirik ki, Füzulidə qətlə yetirilmiş azyaşlı və onun yaxınları ilə bağlı xarici mətbuat biganəlik nümayiş etdirməkdədir”.

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi beynəxlaq ictimaiyyəti, mediani erməni terrorçularının vandalizm hərəkətini pisləməyə çağırır

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir