
Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif almaniyalı həmkarı Ziqmar Qabriellə görüşü zamanı söyləyib.
O, Səudiyyə Ərəbistanı başda olmaqla, Qətərlə diplomatik və ticarət əlaqələrini kəsən ölkələrə müraciət edib:
“Bu məsələdə Almaniyanın mövqeyini dəstəkləyirəm. Artıq Qətərə tətbiq edilən embarqoya son qoyulmalı, Küveytin vasitəçilik cəhdləri qəbul edilməlidir. Bu böhran uzandıqca aradakı ixtilaf daha da dərinləşəcək”.
Axar.az