Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Bakıda təcili yardım maşını aşıb: Xəsarət alan var / FOTO

Bakıda “Zəfəran hospital”a məxsus, “Volkswagen” markalı təcili yardım xidmətinin avtomobili qəza törədib.

Hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, “Volkswagen” markalı ambulans Əhməd Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə ambulans əvvəlcə sərnişin avtobusuna, sonra “Daewoo” markalı minik avtomobilinə, ən sonda isə səkiyə çırpılaraq hospitalın qarşısında aşıb.

Nəticədə ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu xəsarət alaraq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. (Report.az

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir