
“Qərara aldıq. Aİ Minsk razılaşmasının Moskva tərəfindən tam icra olunmaması səbəbindən Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq”, – deyə Tusk bildirib.
Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair rəsmi qərarın Aİ-yə üzv dövlətlərin liderlərinin sammitindən bir neçə gündən sonra qüvvəyə minəcəyi gözlənilir. Sammitin işi iyunun 23-də başa çatacaq.