Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Multikulturalizm.info portalı fəaliyyətə başladı-FOTO

Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə ictimai birliyi Aəzrbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Multikulturalizmin təbliğinə dəstək” layihəsinin icrasını davam etdirir.

16 iyun 2017 ci il tarixində, Azərbaycan Milli QHT Forumunin konfrans zalında layihə çərçivəsində yaradılan veb səhifənin təqdimatı keçirilmişdir. Təqdimatda mətbuat və QHT nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elşən Nağıyev son illərdə Azərbaycan hökumətinin multikulturalizmlə bağlı həyata keçirilən tədbirlərindən, həmçinin Azərbaycanda multikultural dünyagörüşünün inkişafından bəhs etdi. O, həmçinin veb səhifənin ölkəmizdə multikultural dəyərlərin inkişafına dəstək olacağını xüsusi olaraq vurğuladı, veb səhifədə Azərbaycanda yaşayan etnik xalqlar və dinlər haqqında ətraflı materiallar dərc ediləcəyi haqqında məlumat verdi

Bundan sonra veb səhifə tədbir iştirakçılarına təqdim edildi və daha sonra layihənin eksperti Taleh Əliyev, multikulturalizmin əhəmiyyətindən danışdı. Layihənin ölkəmizdə multikultural dəyərlərin inkişafına dəstək olacağını, həmçinin veb shifənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyətindən danışdı.

Daha sonra tədbir iştirakçıları müzakirələrə qoşularaq, maraqlı təkliflərlə çıxış etdilər və veb səhifənn Azərbaycan cəmiyyəti üçün vacib olduğunu bildirdilər və veb səhifənin ingilis və rus dillərində də, fəaliyyət göstərməsinin və sosial şəbəkələrdə də səhifə yaradılmaısının  mühüm olduğunu vurğuladılar.

Layihə rəhbəri təkliflərin gələcək fəaliyyətlərində nəzərə alınacağını bildirdi.

 

Vətəndaş Təşəbbüsləri və

İctimai Maarifləndirmə İctimai Birliyinin

sədri Elşən Nağıyev

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir