
Sənəddə prezident Donald Trampa Konqresin razılığı olmadan sanksiyaları yumşaltmaq və yaxud aradan qaldırmağa imkan verməyən müddəa yer alır.
Yeni sanksiyalar Rusiya banklarının bazar maliyyələşdirilməsinin maksimum müddətinin 14 günə qədər, neft-qaz şirkətlərinin isə 30 günə qədər azaldılmasını nəzərdə tutur.
Bundan sonra, qanun layihəsi Konqresin Nümayəndələr palatasının müzakirəsinə təqdim ediləcək və təsdiq olunduğu halda prezident tərəfindən imzalanması üçün Ağ Evə göndəriləcək.