Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Aİ: “Azərbaycan vizasız rejim üçün müraciət etməyib”

Avropa İttifaqına daxil olan ölklərlə vizasız gediş-gəlişi təmin etmək üçün Azərbaycan quruma rəsmi müraciət etməyib. Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyininbirincimüşaviri Denis Daniilidis deyib.
Bildirib ki, müəyyən görüşlərdə bu məsələ səsləndirilsə də vizasız rejimin tətbiqi ilə bağlı rəsmi sənəd olmadığından Aİ bu məsələni araşdırmayıb.

“Vizanın ləğv olunmasımərhələli şəkildə həyata keçirilən məsələdir. İlk addım ölkənin rəsmi müraciət etməsidir. Bundan sonra İttifaqa daxil olan ölkələrin hamısının razılığı alınmalıdır. 28 ölkə buna “hə” deyəndənsonra “Yol xəritəsi” hazırlanmalıdır. Ekspertlər texniki məsələləri araşdırmağa başlayırlar, müəyyən tövsiyələr verirlər. Həmin məsələlər tam həll edildikdən sonra məsələnin siyasi tərəfləri müzakirə edilir. Əgər problem görülməsə, vizasız rejmə icazə verilir”.

D.Daniilidis hələki Azərbaycanla bağlı bu sahədə müəyyən razılıqların olduğunu, ancaq rəsmi heç bir danışıq aparılmadığını bildirib. Çünki prosesə start verilməsi üçün ilk növbədə, Azərbaycan hökuməti rəsmi müraciət etməlidir.
Xatırladaq ki, Ukrayna və Gürcüstan artıq Avropa İttifaqı ilə vizasız rejim tətbiq etməyə başlayıb. Bu ölkələrin vətəndaşları Avropaya vizasız gedib-gələ bilirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir