Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Sumqayıtda uşaqların kütləvi zəhərlənmə

Son üç gündə Sumqayıt şəhər Uşaq Xəstəxanasına mədə-bağırsaq pozuntusu əlamətləri ilə 119 uşaq müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev məlumat verib.

O bildirib ki, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır. Onların bir qismi ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq.

İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb. Laboratoriyada nümunələrin nəticələri məlum olandan sonra dəqiq səbəblər açıqlanacaq.(AZƏRTAC).

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir