
“Leyla xanım və onun azyaşlı körpəsinə mühafizəçi təyin edilməsi barədə qərar qəbul edilib. İş üzrə şahidlərin mühafizəsi ilə bağlı məsələ də müzakirə ediləcək və sonra bu barədə bizə məlumat veriləcək”, – Arçil Çopikaşvili deyib.
Köhnə Tbilisi rayonunun 1 saylı polis şöbəsində Leyla Mustafayeva və onun vəkilinin şöbə təmsilçiləri ilə söhbəti 2 saata yaxın davam edib. Mustafayeva və onun vəkilinin açıqlamasına görə, söhbətin əsas mövzusu Əfqan Muxtarlının ailəsi və iş üzrə şahidlərin təhlükəsizliyi olub.