
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Voksholldakı insidentin digər iki hücumla bağlılığının olmadığı bildirilib.
“Saat 00:25-də (yerli vaxtla – “Report”) London körpüsündə və Boro bazarında baş verənlər terror insidentləri elan edilib. Vokshollda insanlara bıçaqla hücum edilməsi London körpüsündə və Bordo bazarında baş verənlərlə əlaqəli deyil” – deyə Skotland-Yard “Twitter”-də xəbər verib.