
Prokuror bildirib ki, Fikrət Fərəməzoğluya qarşı irəli sürülmüş hədə-qorxu ilə tələb etmə ittihamı məhkəmədə sübuta yetirilib.
Jurnalistin vəkilləri çıxış üçün vaxt istəyib. Məhkəmə iyunun 9-da davam edəcək.
Xatırladaq ki, Fikrət Fərəməzoğlu (İbişbəyli) 2016-cı il iyunun 30-da həbs olunub. O, müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.
Jurnalist ittihamı qəbul etmir, “restoran”, adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin sifarişi ilə həbs olunduğunu bildirir.
Qeyd edək ki, bir neçə il əvvəl də Fikrət Fərəməzoğlu Daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında bir iş şərti azadlıqdan məhrum edilib.