
Məsələni Sfera.az-a təsdiqləyən keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ona göstərilən etimadı doğrultmağı çalışacağını bildirib:
“Xəbəri düz eşitmisiniz. Doğrudur. Nə deyə bilərəm. Mənə göstərilən etimadı doğrulmağa çalışacağam”.
***
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.
APA-nın məlumatına görə, bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.
AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib.
Rəyasət Heyəti təklifi dəstəkləyib.