Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Әrdoğan yenidәn AKP sәdri seçildi

AKP 3-cü fövqәladә qurultayını keçirib. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın tәk namizәd olduğu qurultayda Әrdoğan 1414 sәslә 998 gün sonra yenidәn AKP sәdri seçilib.

***

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın yenidən AKP sədri seçiləcəyi 3-cü fövqəladə qurultay keçirilir.

Ərdoğan qurultayın keçirildiyi salonun qarşısında toplaşanlara bildirib: “Texniki bir ayrılığımız var idi, amma bu gün yenə sizlərləyəm”.

16 aprel Konstitusiya dəyişikliyi ilə Türkiyədə prezident eyni zamanda partiya sədri də ola bilər. Əvvəlcə Konstitusiya bunu qadağan edirdi.

AKP-nin fövqəladə qurultayı da məhz dəyişikliklərdən sonra yaranan bu imkandan istifadə etmək üçündür.

Ərdoğan AKP-yə yenidən mayın 2-də üzv qəbul edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir