
“Report”un məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, E.Qəhrəmanın apellyasiya şikayəti təmin edilməyib, birinci istansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, E.Qəhrəman narkotik maddələrinin qanunsuz dövriyyəsində təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.