
Әrdoğan: Hüzurunuzda cәnab Trampı seçkilәrdә qazandığı tarixi qәlәbә münasibәti ilә tәbrik edirәm. Az öncә görüş keçirdik, kökü keçmişә söykәnәn ABŞ Türkiyә münasibәtlәrini dәyәrlәndirdik. Türkiyә ilә ABŞ arasındakı sıx әlaqә demokratik dәyәrlәrlә inkişaf edib. Aramızdakı münasibәti güclü saxlamağımız beynәlxalq barış üçün önәmlidir. Bölgәmizin içindәn keçdiyi bu qarışıq bir zamanda xüsusi ilә iki ölkә arasındakı münasibәt önәm qazanıb. Әsasәn ABŞ, BMT, NATO vә G20 ilә yaxın münasibәtlәrimiz var. İŞİD başda olmaqla bölgәdәki terror tәşkilatlarına qarşı mübarizәdә hәmrәy olmağımız önәmlidir. Ortaq gәlәcәyimizә tәhlükә yaradan terror tәşkilatlarına qarşı ayrıcalıq etmәdәn mübarizә aparmaqda qәrarlıyıq. PYD vә YPG terror tәşkilatının hәr hansı bir ölkә tәrәfindәn tәrәf kimi qәbul olunması terrorla mübarizә memorondumuna qәtiyyәn uyğun deyil.
Donald Tramp: Әrdoğanı Ağ evdә qәbul etmәkdәn şәrәf duyuram. Türkiyә vә Amerika xalqı müttәfiqdir. Türkiyә komunizmlә savaşda çox önәmli idi. Türk әsgәrlәri Koreya müharibәsindә ABŞ әsgәrlәri ilә çiyin-çiyinә döyüşdülәr. Biz onları unutmayacağıq. Türk әsgәrlәrinin Koreyadakı cәsarәtlәri bizim әsgәrlәrin unutmadığı şeylәrdәndir. Hazırda terrorla mübarizәdә yeni bir düşmanımız var vә birlikdә işlәmәk istәyirik. Türkiyәni terrorla mübarizәdә dәstәklәyirik.