Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Siyasət

Makron 46 yaşlı meri baş nazir təyin etdi

Fransa prezidenti Emmanuel Makron ölkəyə yeni baş nazir təyin edib.

Yelisey sarayından verilən məlumata görə, hökumətə Qavr şəhərinin meri, 46 yaşlı Eduar Filip rəhbərlik edəcək.

Tələbəlik illərində Sosialist Partiyasını dəstəkləyən və ovaxtkı baş nazir Mişel Rokarın seçki kampaniyasında iştirak edən Eduar Filipin siyasi baxışları sonradan dəyişib.

Bu ilin əvvəllərinə qədər Filip Respublikaçılar Partiyası liderlərindən Alen Jüppeni dəstəkləyirdi və onun mətbuat katibi idi. Sonradan Jüppe adıçəkilən partiyadan namizəd ola bilmədi və Filip Makrona dəstək verdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir