Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Kin Çen In Əsədə dəstək verir

Şimali Koreya hərbçiləri uzun illərdir ki, Suriyada döyüşür.

Şimali Koreyaya aid iki hərbi birləşmənin Suriyada Əsəd rejimi tərəfindən döyüşür.images (80)

ANS PRESS-in məlumatına görə,  bu barədə Suriya müxalifətinin müzakirə heyətinin başçısı Əsəd əl-Zubi bildirib. Onun sözlərinə görə, bu fakt uzaqdan müşahidəyə imkan verən jihazlar və rabitə vasitələri sayəsində ortaya çıxıb: “Danışıqlarından koreyalı olduqları aydınlaşıb və hərbi nəqliyyat vasitələrində olublar”.

Əsəd əl-Zubi Şimali Koreyanın Suriyada hərbi birləşmələrinin olmasını rejim etibarlı şəxslərinin təsdiq etdiyini bildirib. Onun sözlərinə görə, bu işbirliyinin tarixi qədimdir:

“Rejim ilə Şimali Koreya arasında xüsusilə hərbi sahədəki əməkdaşlıq yeni deyil, bu əlaqələr inqilab əsnasında inkişaf etdirilib. Rejim başda piyadalar olmaqla Şimali Koreyadan xüsusi hərbi təhsil görmüş mütəxəssislər adamlar gətirdib. Rejimin yanında raket və rabitə sahəsində çalışan minlərlə koreyalı hərbi mütəxəssis var. Hətta bu anda paytaxt Dəməşqdəki Kasyun dağında bir koreyalı polk var. Bölgədəki bütün vətəndaşlar də bu polkun 10 ildən çoxdur ki, orada olduğunu bilir”.

Əsəd əl-Zubinin sözlərinə görə, Şimali Koreya əsgərlərindən ibarət olan “Chalma 1” və “Chalma 7” adlı hərbi birləşmələrində ali təhsil görmüş 300 hərbi qulluqçu və 2-3 min hərbi mütəxəssis xidmət edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir