
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.
O, KXDR probleminə dair BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Şimali Koreya tərəfindən Seula və Tokioya nüvə zərbələrinın endiriləcəyinə dair təhlükə mövcuddur: “ABŞ-a zərbələr endirmək imkanı yaranan kimi, Şimali Koreya bunu edə bilər. Bu zaman məsələsidir. Bunu nəzərə alaraq, ABŞ biganə qala bilməz.”