Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya Hadisə

Dağıstanda məktəbdə partlayış olub, ölən və yaralanan var

Dağıstanda məktəbdə partlayış olub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Tsumadin rayonundakı məktəbdə kompüter sinifində qumbara partlaması nəticəsində 8-ci sinif şagirdi həlak olub, 11 uşaq yaralanıb.
Yaralılardan 3-ü ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin məlumatlara görə, 8-ci sinif şagirdlərindən biri sinifə qumbara gətirib. Nəticədə kompüter sinifində partlayış baş verib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir