Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Binəqədidə bələdiyyə sədri ilə idarə rəisi arasında qalmaqal

14 aprel 2017-ci il tarixdə Binəqədi Rayonunda əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimi keçirilib.
Rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və bir sıra digər vəzifəli şəxslərin şəxsən iştirak etdiyi bu tədbirdə ön sıralarda dayanan “mötəbər” şəxslərdən Binəqədi Bələdiyyəsinin qalmaqallı sədri Sitarə xanım Cabbarlı olub. Bu barədə istiqlal.az-a tədbir iştirakçılarından biri məlumat verib.
Mənbənin sözlərinə görə, tədbir başa çatar-çatmaz özünü qonaqlara yetirmək istəyən bələdiyyə sədrini qarşısını tədbirin digər iştirakçısı, rayon İdman İdarəsinin rəisi Qüdsi Bayramov kəsib. Görünür idmançıların rəhbəri Qüdsi Bayramov bələdiyyə sədrindən arxa sıralarda qalmasını, qonaqlara yaxınlaşmamasını tələb edib. Elə bu an Sitarə Cabbarlının xüsusi tonla dediyi, “Sən kimsən əəə” ifadəsi tədbirdə iştirak edən iştirakçıların diqqətini cəlb edib.
Qüdsi Bayramov ona qadın olduğunu xatırlatsa da Sitarə Cabbarlı bundan bir az da hiddətlənərək, ailənin son beşiklərinə xas ərköyünlük nümayiş etdirərək daha bir neçə nalayiq ifadələr işlədərək onu hədələməyə başlayıb.
Yaxşı ki, qəzəblənmiş xanım sədrin yanında onu sakitləşdirəcək rəfiqələri olub.
Xatıradaq ki, bundan əvvəl Sitarə Cabbarlının öz müavini ilə də əlbəyaxa olması, keçmiş əməkdaşının atasının yas mərasiminə qan-qaraçılıq salması, narkotik maddə istifadəçisi olduğu üçün gecəni Nərimanov rayon polis idarəsində keçirməsi kimi “şou” xəbərlərdə KİV-də yer almışdır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir