
Məhkəmə istintaqı qərara bağlanıb və məhkəmə hökmü ilə E.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Bakı-Sumaqayıt marşrutu üzrə hərəkət edən sürücü E.Bayramov martın 9-u səhər saatlarında ağır yol nəqliyyat qəzası törədib. Bu qəza nəticəsində əsasən Sumqayıt Dövlət Universitetinin tələbələri olan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir tələbə isə bir neçə gün sonra xəstəxanada vəfat edib. 15 nəfər tələbə isə xəstəxanlara yerləşdirilib.