
“Valyuta ehtiyatlarının artmasına gəlincə, bu, neft bazarında nisbi sabitliklə əlaqədardır. Digər tərəfdən, Neft Fondunun Mərkəzi Banka 7,5 mlrd. manat köçürməsi barədə qərar qəbul olunub. Bu, dövlətin pulları bir cibindən çıxarıb digər cibinə qoyması kimi bir şeydir”.
Cəfərlinin sözlərinə görə, kənd təsərrüfatı sahəsində həqiqətən gəlirlərin artmasında müəyyən irəliləyişlər olub, amma onlar Azərbaycan hökumətinin gördüyü tədbirlər hesabına deyil, Rusiya-Türkiyə münasibətlərindəki problemlər və Türkiyədən RF-yə ərzaq idxalına embarqo qoyulması ilə əlaqədar əldə olunub, deyə ekspert bildirib.